Şeyxülislam Ukraynada baş verənlərdən narahatdır

"Biz ölkəmizdə, bölgədə, bütün dünyada sülhün, əmin-amanlığın hökm sürməsi üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu gün Ukraynada cərəyan edən hadisələrdən narahatlığımızı ifadə edir, dinc insanların həyatlarına olan təhlükənin qarşısının alınmasını vacib sayırıq".

PİA.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, qocalar, qadınlar, uşaqların qaçqın taleyi yaşamasına son qoyulması, humanitar fəlakətin qarşısının alınması üçün dini konfessiya rəhbərləri olaraq tərəfləri nifaq və qarşıdurmanı danışıqlar vasitəsilə həll etməyə çağırırlar:

"Bu torpaqlarda tezliklə sülhün bərqərar olması hər birimizin istəyidir” - QMİ sədri qeyd edib.

pia.az