“Soyuq Müharibə”dən sonra NATO və Çin - Yeni dünyada köhnə ittfaqlar olacaq...

NATO-nun Çinlə münaqişəsi gec-tez qaçılmazdır...

İmil Emin“Şarkul Avsat” qəzeti, Türkiyə, 26 mart 2022-ci il

NATO-nun Brüsseldə keçirilən Fövqəladə Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından əvvəl çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq Çini Ukrayna hücumunda Rusiyaya siyasi dəstək verməkdə ittiham etdi və Pekinə Moskvanın müharibə səylərinə maliyyə dəstəyi göndərməməsi barədə xəbərdarlıq mesajı yolladı.

NATO-nun Çinə qarşı ittihamları, əslində bundan çox kənara çıxır. Yeri gəlmişkən, “Nyu York Tayms” naməlum rəsmilərin: “Çin Rusiyanın Ukraynadakı niyyət və planlarından daha əvvəl xəbərdar idi”, dediyini yazır. “Wall Street Journal” isə qeyd edir ki, Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra Çindən hərbi texnika istəyib. Daha sonra məlum olub ki, naməlum məmurlar Ağ Evin Milli Təhlükəsizlik Şurasının üzvləridir və onlar prezident Baydenin çinli həmkarı Si Tsinpin arasında telefon danışığı barədə məlumatlı şəxslərdir.

Ukraynada müharibə bitməmiş Çinlə münaqişədə ABŞ-ın oxunun ucunda NATO dayanırmı? Son hərbi əməliyyatlar NATO-nu Çinlə qaçılmaz və qətiyyətli qarşıdurmaya aparacaqmı?

NATO-nun hərbi addımlarını nəzərə alsaq, görünür ki, Şimali Atlantik Alyansı ən pis varianta hazırlaşır. Buna görə də, blok Bolqarıstan Rumıniya, Macarıstan və Slovakiyada dörd yeni təcili reaksiya qrupu yerləşdirmək qərarına gəlib. Beləliklə, NATO Baltikdən Qara dənizə qədər yerləşdirilən təcili reaksiya qruplarının sayını 8-ə çatdırıb. ABŞ prezidenti Bayden NATO-nun birliyini nümayiş etdirmək və düşmənlərinə onun hazır olması barədə güclü mesaj vermək üçün Brüsselə səfər edib. Pekin bu gün bir tərəfdən Moskvaya mümkün qədər yaxın, digər tərəfdən isə NATO-dan mümkün qədər uzaq görünür.

Əvvəla, Çin Rusiyanı siyasi cəhətdən dəstəkləyirmi?

Çinin Rusiyanı müdafiə etməsinə və onun G-20-dən kənarlaşdırılmasına qarşı heç bir sübut yoxdur. Bunu bir neçə gün əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan: “Rusiya Federasiyasının artıq beynəlxalq qurumlarda həmişəki kimi iş görmək səlahiyyəti yoxdur”, sözləri ilə vurğulamışdı. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Çinin bu kontekstdəki mövqeyini aşağıdakı sözlərlə ifadə edib: “G-20 beynəlxalq iqtisadi əməkdaşlığın əsas formasıdır və Rusiya bu sistemin mühüm üzvüdür. G-20-nin heç bir üzvünün başqa bir ölkəni üzvlükdən məhrum etmək hüququ yoxdur”.

NATO-nun Çinlə münaqişəsi gec-tez qaçılmazdır. Çünki Çin hazırda ABŞ-ın Rusiyaya qarşı niyyətlərini çox yaxşı bilir. Çin Ukrayna böhranının haqlı tərəfində olduğuna inanır. Bu, praqmatik yanaşmanın müasir versiyasıdır. Pekin NATO-nun genişlənməsinə şübhə ilə yanaşır. Çin rəhbərliyi də Rusiyanın Ukraynadakı hərbi əməliyyatının Vaşinqtonun Sakit okean regionlarında Çini blokadaya almaq planlarını açıq şəkildə pozduğundan xəbərdardır. ABŞ-ın Çinin yüksəlişinə maneələr qoymaq cəhdləri dayanmır. Vaşinqton Çini mərkəzi təhlükə olaraq görür və onu Tibetdən Tayvana, Honq-Konqdan Sincana, “Huawei” və bir sıra digər sənədlər və mürəkkəb məsələlərə qədər tükətməyə çalışır.

Çin NATO-ya şübhə ilə yanaşır. Pekin bilir ki, Rusiya meydanda yıxılan gün özünü ABŞ-a qarşı açıq meydanda tapacaq. Çin NATO-ya münasibətini və hisslərini də gizlətmir və bu çox güman ki, NATO-nun baş katibi Yens Stoltenberqi narahat edəcək. Çinin xarici işlər nazirinin müavini Li Yunqun: “NATO Rusiya sərhədlərinə yaxınlaşır və ABŞ raketi Moskvanı 7-8 dəqiqəyə vura bilər”, sözləri Rusiyanın qorxularını gücləndirdi. Çin hesab edir ki, NATO-nun genişlənməsi və Rusiya kimi böyük nüvə dövlətinin blokadası ağlasığmaz dərəcədə dəhşətli nəticələrə gətirib çıxaracaq. Bu, nüvə silahının tezliklə istifadə ediləcəyinə dair işarələri ehtiva edirmi?

Bu sualın cavabı nə olursa olsun, Çin rəsmisi belə qənaətə gəlir ki, NATO dağılmalı və Varşava Müqaviləsi kimi tarixə düşməlidir. Çinlilər Stoltenberqin NATO-nun müharibə tərəfdarı olmaması ilə bağlı sözlərinə inanmır. Əksinə, onlar əmindirlər ki, söhbət Qərb imperialist tarixinin yeni mərhələlərindən gedir.

Əslində, NATO bu prosesdə güclənməyə və genişlənməyə davam etdi və Yuqoslaviya, İraq, Suriya və Əfqanıstan kimi ölkələrə hərbi müdaxilə etdi. Çinin Avropa İttifaqı (Aİ) yanında missiyası NATO-nu “Soyuq Müharibənin qalığı” kimi xarakterizə edib. Bu, oxucuya NATO-nun mövqeləri ilə Çinin istiqamətləri arasında artan uçurum haqqında məlumat verə bilər.

ABŞ-ın rəhbərlik etdiyi NATO çıxılmaz vəziyyətdədir. Pekin Moskvaya kömək etsə belə, Vaşinqton Çinə qarşı heç bir iqtisadi sanksiyalar tətbiq edə bilməyəcək. Çünki bundan ilk zərər görən özü və AB olacaq. Çinin hərbi blokadası ideyası isə dünyanı Üçüncü Dünya Müharibəsinə sürükləyən Rusiya-Çin hərbi ittifaqı üçün ən təsirli yol olacaq. Nəticə NATO-dan sonrakı dünya və köhnə ittifaqlardır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az