MMP-nin idarə heyəti Könül İsmayılovanı təbrik etdi

Bu gün Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılovanın doğum günüdür…

Könül xanım 2015-ci ildən etibarən Müasir Müsavat Partiyasında ideoloji məsələlər üzrə sədr müavini vəzifəsində işləyir. Partiyaya gələn ilk günlərdən Könül xanımın əsl siyasətçi olacağına inanırdıq. Çünki Könül xanım özünün bir çox üstün cəhətləri ilə partiyamızın diqqətini çəkdi. Partiyanın bütün ümidlərini layiqincə doğruldan Könül xanım bu gün də öz vəzifəsini çox gözəl həyata keçirir.

Könül xanım 7 ildə partiyada bir çox uğurlara imza atdı. Onun partiyada gördüyü işlər göründüyündən də daha çoxdur. Partiyanın hər bir işini yüksək əzmkarlıqla həyata keçirən Könül xanım, hər bir işdə də uğurlar qazanır. Buna görə də Müasir Müsavat Partiyası olaraq hər bir işimizi Könül xanıma rahatlıqla həvalə edə bilirik.

Könül xanım həm də 2018-ci il Prezident seçkilərində MMP sədrinin səlahiyyətli nümayəndəsi və 9 fevral 2020-ci il parlament seçkilərində 10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputatlığa namizəd olub. Keçirilən seçkilərdə qalib gəlməsə də, növbəti seçkilərdə mütləq qalib gələcəyinə inanırıq. Bütün partiya adından Könül xanımın doğum gününü təbrik edirik. Ona işlərində yeni-yeni uğurlar, cansağlığı arzulayırıq. İnanırıq ki, Könül xanımın növbəti doğum günlərində onu dövlətin ali qanunverici orqanlarında daha böyük məsul işlərində görülməsi üçün seçicilər bu etimadı ona göstərəcəklər.

MMP İdarə heyəti

pia.az