Həqiqi yaşımız damarlarımızın vəziyyətindən asılıdır - həkim

"İnsanın damarları neçə yaşındadırsa, özü də həmin yaşdadır."

İnsan yaşlaşdıqca damarların sağlamlığı pozulur - damarlar elastikliyini itirir, daha kövrək və partlamaya meylli olur, damarların daxilində xolesterin yığılır. Nəticədə damarlar daralır və bəzən tam qapanır.

PİA.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, bu prosesi mümkün qədər ləngitmək üçün yaşımızdan asılı olmayaraq damarların sağlamlığına faydalı gələcək tövsiyələrə əməl etməliyik:

- Duz və şəkər qəbuluna diqqət etməliyik.- Siqaret və spirtli içkilərdən uzaq durmalıyıq.- Artıq çəki və piylənmə varsa, sağlam yolla arıqlamalıyıq.- Gün ərzində kifayət qədər su içilməlidir.

- Fiziki aktiv olmaq lazımdır (minimum gündə 30 dəqiqə gəzmək).- Qidalanmada doymuş yağ qəbulunu məhdudlaşdırmaq lazımdır.- Mövsümə uyğun meyvə-tərəvəz qəbul edilməlidir.- Meyvə-tərəvəz çox, qırmızı ət az yeyilməlidir.

- Süd və süd məhsulları az yağlı olaraq qəbul edilməlidir.- Rasionda balıq olması məsləhətdir. /medicina.az

pia.az