Oskar mükafatlandırma mərasimində qalmaqal yaşanıb

Los-Ancelesdə keçirilən 94-cü Oskar mükafatlandırma mərasimində qalmaqal yaşanıb.

APA xəbər verir ki, aktyor Kris Rok çıxışı zamanı Uil Smitin həyat yoldaşının qısa saçları ilə bağlı zarafat edib. Bundan sonra Smit səhnəyə qalxaraq Roka sillə vurub. Rok bu hadisəni televiziya tarixinin ən möhtəşəm gecəsi adlandırıb.

Qeyd edək ki, Uil Smitin həyat yoldaşı Ceyd Pinketin saçları bir müddətdir ki, xəstəliyindən dolayı tökülür.

pia.az