Goranboyda 2 nəfər dəm qazından zəhərlənib

Goranboyda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Vaqif küçəsində baş verib.

2004-cü il təvəllüdlü Əliyev Riad Fərid oğlu zəhərlənmə diaqonozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Digər dəm qazından zəhərlənmə faktı isə rayonun Ağcakənd kəndində qeydə alınıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Əzimova Nailə Kazım qızı zəhərlənmə diaqonu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə hər iki şəxs yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

pia.az