Azərbaycana gələn ukraynalı aktyorlar ölkələrinə qayıda bilmirlər - Video

Kiyevin “Qara Kvadrat” teatrı Xocalı faciəsi ilə bağlı tamaşanı yerli ictimaiyyətə təqdim etmək məqsədilə fevralın 23-də Azərbaycana gəlib və ertəsi gün Ukraynada müharibənin başlaması səbəbindən yaradıcı kollektiv artıq xeyli müddətdir ki, ölkələrinə qayıda bilmir.

“Baku TV” “Böyüməyən uşaqlar” adlı tamaşanın qəhrəmanlarını canlandıran ukraynalı aktyorlarla həmsöhbət olub.

“Biz müharibənin başlamasından beş saat öncə Azərbaycana gəlmişik. Bizdən sonra tamaşanın rejissoru və ssenari məllifi də Bakıya gəlməli idilər. Amma müharibənin başlaması ilə Ukraynadan bütün uçuşlar dayandırıldı”, - deyə aktyorlardan biri Pavel Kravtsev bildirib.

“Müharibənin başlandığını eşitdikdən sonra keçirdiyimiz hisləri sözlərlə ifadə etmək çətindir. Təşkilatçılar dedilər ki, əgər səhnəyə çıxmaq istəməsək, bunu anlayışla qarşılayacaqlar”, - deyə aktrisa İrina Voloşina qeyd edib.

Daha ətraflı “Baku TV”nin reportajında:

pia.az