"Köksümdə ağlar göy üzü..."- Aydan Ay

***...əllərimi çiçək bilibkim idi dərən? - Bilmədim....köksümdə ağlar göy üzü!Kim idi görən? - Bilmədim...

Köksümdə ağlar göy üzü...Sənin yazın, qışın vardı.Bu ev -eşik, bu dörd divarunudardı, inciməzdim...Sənin ki, yaddaşın vardı?!

Xatırlardın evimi də;Damında yağış oynardı...Lap saçlarımda dən,alnımda qırış oynardı.

...əllərimi çiçək bilibdərən doğum günüm - hanı?Köksümdə ağlar göy üzü...Sənin səsin, ünün hanı?

...adımı unudub gedən doğum günüm,adım böyüyüb,addımlayırsünbül üstə, dən üstə,qanadlı bir qəm üstə....ağlayanda kiriməz,bir naəlac şeir üstə.

...adımı unudub gedən doğum günüm,barı, gözlərimlə sağollaşaydın.Əllərimdən qabaq, adımdan qabaqonlar görmüşdü səni.

Aydan Ay

pia.az