Sabirabadda 19 yaşlı qız intihara cəhd edib

Sabirabadda intihara cəhd hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Yolçubəyli kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Gülbahar Pacıx qızı xlor içərək intihara cəhd göstərib. Lakin yaxınları vaxtında buna müdaxilə edib. G.Gözəlova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

pia.az