Xarkov yaxınlığında Rusiya ordusunun 100-dən çox əsgəri həlak olub

Ukrayna silahlı qüvvələri Xarkov şəhəri yaxınlığında əks-hücuma keçir. İzyum şəhəri yaxınlığındakı Balakleyski rayonunun Qusarovka kəndi Rusiya işğalçılarından azad edilib.

Təfərrüatlar və kadrlar martın 27-də səhər saatlarında məşhur ukraynalı könüllü Roman Donik tərəfindən Telegram-da yayımlanıb.

Şiddətli döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri Rusiyanın 60 ədədə yaxın hərbi texnikasını məhv etməyə müvəffəq olub. İlkin məlumatlara görə, yüzdən çox rusiyalı əsgər həlak olub. (virtualaz.org)

pia.az