Bakıda 8 yaşlı uşağı avtomobil vurdu

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Səbail rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Əliyeva Səma Namiq qızını vurub.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır. (Report)

Qeyd edək ki, Bakıda baş verən yol-nəqliyyat hadisələrinin yarıdan çoxu piyadaların vurulmasını əhatə edir. Piyadaların vurulması halları da digər yol-nəqliyyat hadisələri kimi “qəza” olaraq təqdim edilir, əslində isə indiki halda azyaşlı yaşayış sahəsində vurulub, bu isə o deməkdir ki, sürücü yaşayış sahəsində sürət həddini aşıb.

pia.az