Qara dənizdəki minalar Rumıniya və Bolqarıstana doğru hərəkət edir

Qara dəniz dövlətlərinin sahilləri boyunca yayılan minalar dörd gündən sonra Rumıniyaya, on gündən sonra Bolqarıstana çatacaq. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verib:

"Qara dənizin şimal hissəsində hidrometeoroloji şəraitin pisləşməsi ilə Qara dəniz dövlətlərinin sahilləri boyunca sürüklənən minalar təhlükə saçmaqda davam edir. Ukrayna limanlarında 15 ölkədən 67 xarici gəmi bloklanıb”, -deyə o bildirib.

Qeyd edək ki, həmin minalardan biri bu gün Türkiyədə İstanbul Boğazında tapılıb.

pia.az