Bayden: Putin hakimiyyətdə qalmamalıdır

Martın 26-da Varşavada çıxış edən ABŞ prezidenti Co Bayden qeyd edib ki, Vladimir Putin hakimiyyətdə qalmamalıdır. O, bütün avtokratlar kimi güclünün haqlı olduğuna inanır.

Ağ Ev rəhbəri vurğulayıb ki, Zelenski qanuni seçilmiş prezidentdir, babası nasist Almaniyasına qarşı vuruşub. Putin isə qarşısına nail ola bilməyəcəyi məqsəd qoyub.

"Biz Ukrayna xalqınnın bir qəddar diktatorun planlarından daha güclü olduğunu necə nümayiş etdirdiyini görürük. Keçmiş imperiyanı bərpa etməyə çalışan diktator öz məqsədlərinə çatmayacaq, çünki insanlar onun dünyasında yaşamaq istəmirlər. Azad insanlar bunu heç vaxt dəstəkləməyəcəklər. Özgür insanlar qaranlığın hökm sürdüyü dünyada yaşamaqdan imtina edirlər. Biz işıq, demokratiya, fürsət azadlığı üçün çalışırıq".

Bayden həmçinin qeyd edib ki, Putin hakimiyyətdə qalmamalıdır. 

Qeyd edək ki, daha sonra Baydenin "Putin hakimiyyətdə qalmamalıdır" sözlərinə Ağ Ev aydınlıq gətirib.

AğEvdən bildirilib ki, Bayden Rusiyada rejimin dəyişdirilməsinəçağırış etməyib.

pia.az