Röya yeni mahnısının demo versiyasını təqdim etdi - Video

Xalq artisti Röya yeni mahnısının demo versiyasını yayımlayıb.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.

Röya paylaşımında sözləri Cabir Novruzun, musiqisi Faiq Sucəddinova məxsus olan “Yavaş yavaş gecə keçər” mahnısını canlı ifa edib.

Qeyd edək ki, Xalq artistini pianinoda Muxtar Abseynov müşayət edib.

Sözügedən paylaşımı təqdim edirik:

pia.az