Rusiya ordusunda döyüşən azərbaycanlı həlak oldu

Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu - 22 yaşlı azərbaycanlı Əhmədov Şahin Cabir oğlu Ukraynada gedən döyüşlərdə həlak olub.

PİA.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun nəşi artıq Azərbaycana gətirilib.

Qeyd edək ki, Ş. Əhmədov Rusiyanın Vladiqafqaz şəhərində doğulub boya-başa çatıb. O, Azərbaycan diasporunun nümayəndəsi olub, 58-ci Əlahiddə Ümumqoşun Ordusunda xidmət edib.

pia.az