Cəlilabad – Yardımlı yolundakı kəndlərdə elektrik enerjisinin bərpası üçün iş gedir

Cəlilabad – Yardımlı yolunda güclü qar səbəbindən elektrik naqillərində yaranan problemin aradan qaldırılması üçün tədbir görülür.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, əraziyə qəza xidmətinin əməkdaşları cəlb olunub.

Yaxın saatlarda Əsədli kəndi və digər ərazilərə elektrik təchizatı bərpa ediləcək.

pia.az