Çavuşoğlu: “Rusiya ilə Ukrayna arasında kritik və vacib məsələlər üzrə yaxınlaşma var”

“Rusiya ilə Ukrayna arasında kritik və vacib məsələlər üzrə yaxınlaşma var”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Hurriyet”ə müsahibəsində bildirib.

“Biz 4 maddə üzrə tərəflərin mövqeyinin üst-üstə düşdüyünü görürük. Bəzi məsələlər barəsində qərarı rəhbərik qəbul etməlidir. Savaş haqqında bir şey söyləmək çətin olsa da, görüşlərdən sonra atəşkəsə ümidimizin artdığını söyləyə bilərəm”, - nazir deyib.

Qeyd edək ki, Mövlud Çavuşoğlu martın 16-da Moskvada, 17-də isə Lvovda səfərdə olub.

pia.az