"Mən də bir Tanrı tənhası..."- Paşa Talıblıdan yeni şeirlər

***Bir sevda ver mənə, Tanrım,mənə bir, mənə bir sevda!...aya bir, ilə bir vermə,günə bir, günə bir sevda!

Bir sevda ki dərd elə ver,bir dərdini dörd elə ver!...ələklə ver, irdələ verdənə bir, dənə bir sevda!

...cütçü yabanı deyirmiş!Heç nə yabanı deyilmiş!O nə dabanı yeyilmiş,o nə bir, o nə bir sevda?

Bir sevda ver mənə, Pirim,hökm eyləsin minə birim!Yalnız,bəmbəyaz dipdiriyenə bir, yenə bir sevda!

Qələmlərə salam söylə...

Hər şey Allah ümidinə......vaxt da hələm-hələm bitmir!...buralar ağcaqayındı,basdırırsan-qələm bitmir.

Təkbaşıma qələm kimiyanım məhrəm yanılıdı....yonulmuş ağcaqayınam!Qələm qəddim yonuludu...

Bildiyim qədər bilirəm-çöllük çölçülük dərsidi!...öyrədir: birinci çöldü,çünki çöl için tərsidi!

Orda necə?..qələmdaşım,aynalar şüşədəndimi?...Ay yenə qalayçıdımı,yazmamaq peşədəndimi?

...qələmlərə salam söylə!Nə olacaqsa haqdı, de!Salamı alan sağ olsun...Salam göndərən sağdı, de!

Sözün ləngəri...

Mən də bir Tanrı tənhası...Sevinin dostlar, sevinin!Sevinmək sevilmək deyil,sevinin, dostlar, sevinin!

...əynimə dardı köynəyim!İçində canım, göynəyim......sizdən bir azca köhnəyəm,sevinin, dostlar, sevinin!

...hörümçəkdən can umuram,gördüyümə göz yumuram!...daş könlünüzdən damıram,sevinin, dostlar, sevinin!

...qırılan mənəm, ötən sim!Nə edim haqqım ödənsin?!...yerimə bəxtim utansın!Sevinin, dostlar, sevinin!

Hər şey tərsinə hər şey...

Hər gün bir az ölən göyüntutulası yasımı var?...oxunmur quşların səsi!Quş dilində yazımı var?

Üzünü tərsə döndərər,dönər də asi Allaha!Bilməzsən qəfil unudarbaxdığın aynalar bax ha...

Hər şey tərsinədi, hər şey!...külü gözünə göstərən!Tərs üzünə sevdalardıbizi özünə göstərən.

Hamıda baxıb gördüyünüzdümü necə bilirsən?Hər şey tərsinədi, hər şey!Düzdümü necə bilirsən?

Paşa Talıblı

pia.az