Ukrayna kəşfiyyatından Rusiya sərhədində xüsusi əməliyyat: Körpü partladıldı - Video

Ukrayna hərbçiləri Rusiya ilə sərhəddə yerləşən dəmiryolu körpüsünü partladıblar.

Bu barədə Ukraynanın “Milli korpus” Partiyasının rəhbəri Andrey Biletski məlumat verib.

Körpünün partladılmasında Ukrayna kəşfiyyatçıları və “Azov” dəstəsinin üzvləri iştirak edib. Rusiya tərəfi xüsusi əməliyyatla partladılan körpüdən təchizat məqsədilə istifadə etmək niyyətində olub.

pia.az