Abdin Fərzəliyevdən şəhid ailəsinə ibrətamiz diqqət - Foto

Abdin Fərzəliyev Abşerona başçı təyin olunduğu qısa müddət ərzində şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğısı ilə diqqət çəkir. Bu fakt əks etdirən kifayət qədər nümunələr sadalamaq olar.

Bu gün şəhid kəşfiyyatçı kapitan Musibov Veysəl Yadulla oğlunun adının verildiyi Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin həyətində qoyulmuş büstünün açılışı mərasimində başçının sərgilədiyi münasibət də qənaətimizi bir daha möhkəmləndirmiş oldu.

Əməkdaşımız şahidi olub ki, başçı bütün tədbir boyu şəhidin ailəsi üçün çətir tutaraq onların yağışda islanmasına imkan verməyib.

Şəhidin ailə üzvləri bir neçə dəfə çətiri özləri götürmək istəsə də Abdin Fərzəliyev razı olmayıb. Onun bu mövqeyi mərasim iştirakçıları tərəfindən minnətdarlıqla qarşılanıb.

Xatırladaq ki, Veysəl Musibov Prezident lham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən Uğrunda”, “Cəbraılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

pia.az