Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvülüyü ilə bağlı hesabat hazırlayacaq

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə telefon danışığı barədə paylaşım edib. 

“Report” xəbər verir ki, o, müzakirələrin səmərəli keçdiyini söyləyib.

“Ukraynanın Avropa İttifaqına üzvlük müraciəti ilə bağlı Avropa Komissiyasının rəyi bir neçə ay ərzində hazırlanacaq. Ukrayna hökumətinə və Avropa Komissiyasına bu barədə göstəriş verilib. Biz birlikdə strateji hədəfimizə doğru irəliləyirik”, - dövlət başçısı bildirib.

pia.az