“Putinlə birlikdə Azərbaycanda olan 5-ci kalon da dəfn olunacaq” - Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev PRIME TV-də Qırmızı Masa verlişinin qonağı olub.

Partiya sədri verlişdə bir çox məsələlərə toxunub. Hafiz Hacıyev bildirib ki: “Bu gün dünyada böyük proseslər baş verir. Rusiyanın ağıldan gic prezidenti Ukraynada böyük bir xalqı qırır. Bu bütün dünyanı narahat ediyi kimi bizi də narahat edir.

Azərbaycanda 5-ci kalonun rəhbəri də Putinə arxalanıb. Amma indi onlar da görürlər ki, Putin başqa torpaqlara sahib olmaq istəyir. Putin bu niyyətinə çatmayacaq. Putinlə birlikdə Azərbaycanda olan 5-ci kalon da dəfn olunacaq”.

Hafiz Hacıyevin fikirlərini daha ətraflı videoda təqdim edirik:

pia.az