“Bu, bir neçə generalın öldürülməsi deməkdir...” - Ukrayna ordusu rusların ordu qərargahını vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın ümumqoşun ordu qruplaşmalarından birinin komanda məntəqəsini məhv edib. Bu barədə Ukrayna prezidentinin Ofisinin nümayəndəsi Aleksey Arestoviç bildirib.

“Bu böyük nailiyyətdir. Bu, ehtimal ki, bir neçə generalın məhv edilməsi və nəticədə düşmənin döyüş əməliyyatlarının təşkilinin pozulması deməkdir”,-Arestoviç bildirib. O, zərbənin hansı istiqamətdə endirildiyini dəqiqləşdirməyib.

Arestoviç onu da bildirib ki, ötən sutka ərzində Ukraynanın Hərbi Hava Qüvvələri özünü ənənəvi olaraq, ən yaxşı tərəfdən göstərib, cəmi 10 hava hədəfi məhv edilib. (virtualaz.org)

pia.az