Mehdiabad sakini intihar etmək istəyirdi, saxlanıldı

Abşeronda bir nəfər intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Mehdiabad qəsəbəsində 1 nəfər yeddimərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

pia.az