Ermənistan ordusunun əsgəri güllə yarasından ölüb

Ermənistan ordusunun əsgəri, 2002-ci il təvəllüdlü Levon Siroyan güllə yarasından ölüb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə martın 16-da ölkənin cənub-şərq sərhədləri istiqamətində baş verib.

Əsgərin ölümünün səbəbi araşdırılır.

pia.az