"Rusiya gürcü həmkarlarını "3+3" formatının iclaslarında görməyə hazırdır"

Rusiya gürcü həmkarlarını "3+3" formatının iclaslarında görməyə hazırdır.

PİA.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

"Cənubi Qafqazdakı vəziyyəti müzakirə edərkən, qeyd etdik ki, ötən ilin sonunda, bu ilin əvvəlində bu bölgədə post-münaqişə əməkdaşlığı üçün "3+3" regional məşvərət mexanizmi vasitəsilə təməl qoyulub. Burada Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə ilə yanaşı, hələlik bu perspektiv formata qoşulmaq üzərində düşünən Gürcüstan yer alır. Biz dəfələrlə vurğulamışıq ki, gürcüstanlı həmkarlarımızı bu strukturun iclaslarında görməyə hazırıq", - S.Lavrov deyib.

pia.az