CAS Rusiya yığmaları və klublarına qoyulmuş qadağanı qüvvədə saxlayıb

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın Rusiya yığmalarına və klublarına qoyduğu qadağanı qüvvədə saxlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən ölkəni təmsil edən yığmalar və klublar Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə iştirak edə bilməyəcəklər.

Bildirilib ki, bu, ilkin qərardır və tam dinləmə yaxın həftələrdə keçiriləcək.

Qeyd edək ki, UEFA ilə yanaşı, FIFA da Rusiya yığmalarını və klublarını öz bayrağı altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.

pia.az