Azərbaycanda un məmulatlarının və çörəyin qiyməti yenidən artacaq - Ekspert

Bu gündən Rusiya höküməti ölkədən taxıl idxalına iyulun 30-u tarixinə qədər qadağa qoyub. Azərbaycan isə Rusiyadan taxıl alan ölkələrdən biridir...

İqtisadçı-ekspert: “Hətta, Rusiyada qadağa olmasaydı belə Azərbaycanda çörək və un məmulatları bahalaşa bilərdi. Çünki dünyada qiymətlər artır”.

“Əslində böhran hərdən infilyasiya ilə səhv salınır. Bəli, dünyada ciddi qiymət artımı, ciddi bahalaşma var. Amma bu böhran anlamına gəlmir”.

Bu sözləri iqtisadçı-ekpert Natiq Cəfərli Ukrayna müharibəsindən sonra dünyada ərzağın qiymətinin kəskin bahalaşmasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna müharibəsi dünyada neftin və qazın, o cümlədən ərzağın kəskin bahalaşmasına yol açıb. Belə ki, Ukrayna böhranı səbəbindən dünya 2008-ci il qlobal maliyyə böhranından sonrakı vəziyyətlə müqayisə oluna bilən ərzaq qiymətlərinin sürətlə artması ilə üzləşib. Rusiya və Ukraynadan tədarükün kəsilməsi mövcud vəziyyəti daha da gərginləşdirmək təhlükəsi yaradır.

Bu gündən isə Rusiya höküməti ölkədən taxıl idxalına iyulun 1-ə qədər qadağa qoyub. Azərbaycanda Rusiyadan taxıl alan ölkələrdən biridir. Bu qadağa Azərbaycanda çörək və un məmulatlarının qiymətlərinin yenidən artmasına yol aça bilərmi?

Dünyada yaranan bahalaşmanı və Azərbaycanda çörək və un məmulatlarının qiymətlərinin yenidən artma ehtimalını PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Dünyada baş verənlərin adı böhran deyil infilyasiyadır. Yəni infilyasiya surətlənir, qiymətlər artır. Bu da əhalinin sosial narazılıqlarını artırır”.

Rusiya və Ukraynanın dünyadakı bitki yağları bazarının 60 faizinə nəzarət etdiklərini vurğulayan ekspert bildirib ki, buna görə də bu sahədə bahalaşmanın olması gözlənilir. Əsasən də günəbaxan və qarğıdalı yağları kəskin bahalaşa və qıtlıq yarana bilər:

“Əslində böhran hərdən infilyasiya ilə səhv salınır. Bəli, dünyada ciddi qiymət artımı, ciddi bahalaşma var. Amma bu böhran anlamına gəlmir. İqtisadi böhranın kriteriyaları başqadır. İqtisadi böhran o deməkdir ki, əməkdaşlıqlar dayanır, milyonlarla işsizlik ordusu yaranır. Böhranın əsas göstəriciləri bunlardır.

Əksinə, indi bütün ölkələrdə kifayət qədər yüksək templə iqtisadi artım var. Keçən il Azərbaycanda 5,6 faizə yaxın ÜDM artımı oldu. Bu ildə ölkədə təqribən 4 faizə yaxın ÜDM artımı gözlənilir. ABŞ-da, Avropada da ÜDM-də kifayət qədər normal artım templəri var. Bu anlamda dünyada baş verənlərin adı böhran deyil infilyasiyadır. Yəni infilyasiya surətlənir, qiymətlər artır. Bu da əhalinin sosial narazılıqlarını artırır.

Amma dünyada qida böhranı ola bilər. Çünki Ukrayna və Rusiya qida bazarında kifayət qədər önəmli yerlərə sahib olan ölkələr idi. Hətta bəzi sahələrdə aparıcı ölkələr idi. Məsələn buğda və taxıl istehsalında hər iki öndə gedirdi. İndiki şəraitdə Ukrayna tamamilə dayanıb. Təbii ki, ölkəsində müharibə gedən ölkə buğda əkin-biçini ilə fiziki olaraq məşğul ola bilmir.

Natiq Cəfərli: “Dünyada buğda ilə bağlı problem ola bilər. İkinci ən böyük təsir isə bitki yağlarımda müşahidə oluna bilər”.

Rusiya da ölkədən taxıl çıxarılmasına özü qadağa qoydu. Bir neçə gün öncə alınan qərara görə Rusiyadan taxıl ixracı sentyabr ayına qədər dayandırılıb. Səbəb də odur ki, Rusiya özü daxili bazarı qorumaq istəyir. Rusiya daxildə un məmulatlarının və çörəyin qiymətinin qalxmaması üçün ölkədən taxıl ixraacatına qadağa qoydu. Onsuz da Rusiyada kəskin infilyasiyadır, qiymətlər artır. Sanksiyalar hər gün daha ciddi təsir etməyə başlayır.

Düşünürəm ki, dünyada buğda ilə bağlı problem ola bilər. İkinci ən böyük təsir isə bitki yağlarımda müşahidə oluna bilər. Rusiya və Ukrayna dünyadakı bitki yağları bazarının 60 faizinə nəzarət edirdi. Buna görə də bu sahədə bahalaşmanın olması gözlənilir. Əsasən də günəbaxan və qarğıdalı yağları kəskin bahalaşa və qıtlıq yarana bilər.

Natiq Cəfərli: “İndidən Qazaxıstanla yeni müqavilələrin bağlanmasına və Rusiyadan aldığımız taxılın Qazaxıstanla əvəzlənməsinə çalışmalıyıq”.

Hətta, Rusiyada qadağa olmasaydı belə Azərbaycanda çörək və un məmulatları bahalaşa bilərdi. Çünki dünyada qiymətlər artır. Son 15 gündə dünyada buğdanın qiyməti 18 faiz yenidən artdı. Şimali Amerikada buğdanın qiyməti 300 dollardan 400 dollara qədər artıb.

Təəssüf ki, Azərbaycanda da un məmulatlarının və çörəyin qiyməti artacaq. Amma tək qiymət artımını deyil, müəyyən logistik problemləri də nəzərə alsaq Azərbaycan əlavə mənbələr axtarmalıdır. Düzdür, hələ ki, Azərbaycanın ehtiyyatları var. Ancaq indidən Qazaxıstanla yeni müqavilələrin bağlanmasına və Rusiyadan aldığımız taxılın Qazaxıstanla əvəzlənməsinə çalışmalıyıq”.

Nərminə UMUDLUpia.az