Hacıqabulda zəncirvari qəza olub, xəsarət alanlar var

Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məluatına görə, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndiindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Lada”, “Hyundai” və “Mercedes” markalı avtomobillər zəncirvari qəzaya uğrayıb.

Qəza zamanı Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü Həsənov Zaur Kərəm oğlu, İmişli rayon sakini, 1998-ci il təvəllüdlü Göyüşzadə Kənan Əjdər oğlu və şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az