İsrail də Rusiyaya qarşı sanksiyalara qoşulacağını bəyan edib

İsrail ilk dəfə olaraq Rusiyaya qarşı beynəlxalq sanksiyalara əməl edəcəyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Yair Lapid Slovakiya XİN rəhbəri ilə görüşdən sonra deyib.

“Xarici İşlər Nazirliyi İsrail Bankı, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Hava Limanları İdarəsi, Enerji Nazirliyi də daxil olmaqla, tərəfdaşlarla birlikdə bu məsələ ilə bağlı çalışır”, - nazir qeyd edib.

pia.az