Şuşada qarın hündürlüyü 30 sm-ə çatır -Faktiki hava, Foto,Yenilənib

"Son üç gündə Şuşaya fasiləsiz qar yağır".

Bu barədə APA-ya Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib.

Qeyd olunub ki, havanın temperaturu mənfi 4-8 dərəcə arasında dəyişir, qarın hündürlüyü 30 santimetrə çatır.

##galery##

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ölkədə müşahidə olunan faktiki havanı açıqlayıb.

U.Tağıyeva açıqlamasında bildirib ki, gözlənildiyi kimi martın ikinci ongünlüyündə əlverişsiz qeyri-sabit hava şəraiti müşahidə olunur.

O qeyd edib ki, Aralıq dənizi siklonları ilə bağlı soyuq atmosfer cəbhələrinin ölkə ərazisindən fasilələrlə keçməsi nəticəsində respublikanın bir sıra əksər rayonlarında yağıntılar müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır, düşən yağıntıların miqdarı bəzi ərazilərdə 29 mm-dir:

“Qar nəticəsində dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib. Qax rayonunun Sarıbaş məntəqəsində qar örtüyünün hündürlüyü 64 sm, Şahdağda 48 sm, Xaltanda 29 sm, Altıağacda 28 sm, Daşkəsəndə 21 sm olub. Havanın temperaturu çoxillik norma göstəricilərindən 2 dərəcəyə kimi aşağıdır”.

***

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızı, Quba və Qusar rayonlarına qar yağıb.

Qubanın rayon mərkəzində qarın hündürlüyü 1 sm, Xaltan kəndində 29 sm, Qrızda isə 13 sm-ə çatıb. Qrızda temperatur mənfi 14 dərəcəyədək enib.

Qusarda 2 sm qar, mənfi 4 dərəcə şaxta qeydə alınıb.

Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 28 sm, temperatur isə mənfi 5 dərəcə olub.

##galery##pia.az