İdmançılarımız finalda mübarizə aparacaqlar

Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının üçüncü günü keçiriləcək.

PİA.az Trend-ə istinadən bildirir ki, bu gün qadın cütlükləri, kişi və qadın qrupları arasında balans hərəkətlər üzrə, kişi və qarışıq cütlüklər arasında temp hərəkətlər üzrə final olacaq.

Final saat 16:00-da başlayacaq.

pia.az