Biləsuvarda yük avtomobillərinin arasında qalan şəxs ölüb

Biləsuvarda orta yaşlı kişi 2 yük avtomobilinin arasında qalaraq ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə Səmədabad kəndində baş verib.

Qarşıdakı yük maşınının sürücüsünə park etməyə kömək edərkən Cabir Nuriyev həmin avtomobillə öz avtomobili arasında qalıb. Nəticədə həmin yerdə sıxılaraq ölüb.

Hadisəyə geriyə hərəkətdə olan yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

pia.az