Cəlilabadda məktəbli hündürlükdən yıxılıb

Məktəbli yıxılaraq ağır xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə baş verib.

Məktəbli, 2009-cu il təvəllüdlü Əli Təyyar oğlu Qasımov idman zalında hündürlükdən yıxılıb. Yeniyetmə ağır bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

pia.az