Zelenskinin ofisi: Rusiya Ukraynada "Suriya ssenarisini" həyata keçirməyə cəhd edir

Rusiya Ukraynada "Suriya ssenarisini" həyata keçirməyə cəhd edir.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

"Müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla Rusiya rəsmiləri Ukrayna vətəndaşlarına qarşı istifadə etmək üçün 16 min keçmiş İŞİD döyüşçüsünün cəlb edildiyini tələsik açıqladı. İŞİD-in cəlb olunması və Rusiyanın kimyəvi silahlarla bağlı təbliğat iddiaları bu ölkənin Ukraynada “Suriya ssenarisini” həyata keçirmək cəhdinə dəlalət edir”, - o qeyd edib.

Xatırladaq ki, bu gün Təhlükəsizlik Şurasının iclasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu məruzə ilə çıxış edib. O, Yaxın Şərqdən 16 mindən çox könüllünün döyüşlərə qatılmaq istədiyini söyləyib.

Putin könüllülərin döyüş əməliyyatı keçirilən yerə çatdırılmasına dəstək olacaqlarını əlavə edib. (apa)

pia.az