Ac qalan rus əsgərləri Kiyevi tərk edir

Rusiya ilə Ukrayna arasında müharibənin 16-cı günündə çəkilmiş peyk görüntüləri rus əsgərlərinin Kiyevə tərk etdiyini ortaya çıxarıb.

Ukraynada gözlənilməz müqavimətlə qarşılaşan Rusiya hərbi maşın və tanklarının yaxınlıqdakı meşəyə çəkildikləri aydın olub.

Kiyevin şimal-qərbindəki Antonov hava limanı yaxınlığında tank və maşınların manevr edərək meşə ərazisinə doğru irəlilədiyi lentə alınıb.

Qeyd edək ki, Rusiyanın geri çəkilməsinin qida və yanacaq böhranı səbəbindən olduğu bildirilib.

pia.az