Rusiya Azərbaycana uçuşları bərpa etdi

Rusiya koronavirus pandemiyası ilə bağlı Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlara qoyulan məhdudiyyətləri aradan qaldırıb.

PİA.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) yayıb.

Bildirilir ki, bundan əvvəl Belarus, Dominikan Respublikası, Misir (Qahirə istisna olmaqla), Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Finlandiya, Çexiya, İsveçrə, Cənubi Koreya və Kubaya uçuşlar üçün tətbiq edilən COVID-19 məhdudiyyətləri də ləğv olunub".

pia.az