Ukraynada əsas qida məhsulların satışına məhdudiyyət qoyulub

Ukraynanın Odessa şəhərində əsas qida məhsullarının satışına məhdudiyyət tətbiq olunub.

APA xəbər verir ki, bu barədə Odessa şəhər rəhbərliyi qərar qəbul edib.

Şəhərdəki marketlərə satışına limit tətbiq olunan məhsulların siyahısı göndərilib.

Qərara əsasən, adambaşına 2 paketdən artıq şəkər, qarabaşaq, buğda, 5 kiloqramdan artıq kartof və 30 ədəddən çox yumurta satışına icazə verilmir.

pia.az