Kiyevdəki Baku TV əməkdaşının təsirləndirən doğum günü təəssüratı - Video

Bu gün Baku TV-nin Şərqi Avropa bürosunun müxbiri Mübariz Aslanovun doğum günüdür.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı son informasiyaları çatdıran müxbir Baku TV-də yayımlanan “Salam Baku” verilişində müharibə şəraitində qeyd etdiyi ad günü ilə bağlı təəssüratlarını paylaşıb. 

Ukraynalılarla eyni hissi bölüşdüyünü deyən M.Asalanov orada baş verənlərlə bağlı gündəlik yazdığını qeyd edib.

“Mən burada elə şeylər görürəm ki, onu 21-ci əsrə yaraşdırmıram. Elə hesab edirəm ki, 21-ci əsr bəşəriyyət qarşısında böyük xəcalət hissi keçirəcək”, - deyə o əlavə edib.

pia.az