Ötən il Azərbaycanda məhkumlar 2,5 milyon manat maddi ziyanı ödəyib

Ötən il Azərbaycanda məhkumlar 2,5 milyon manat maddi ziyanı ödəyib.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində 4,6 min şəxs ictimai faydalı əməyə cəlb edilib, məhkumlar tərəfindən cinayət nəticəsində vurulan 2,5 milyon manat maddi ziyan ödənilib.

Bildirilib ki, görülən tədbirlər nəticəsində 750-dən çox cinayət hadisəsinin qarşısı alınıb.

pia.az