ABŞ-ın vitse-prezidenti Polşaya səfər edib

ABŞ-ın vitse-prezidenti Kamala Harris Polşaya səfər edib.

APA-nın CNN-ə istinadən xəbərinə görə vitse-prezidentin təyyarəsi yerli vaxtla saat 08:00-da Vaşinqtondan Varşavaya yola düşüb. Səfərin Qərbin Ukraynanı qırıcı təyyarələrlə təmin etməsi planlarının qeyri-müəyyənliyi fonunda baş tutduğu qeyd olunub.

Harris səfərindən öncə jurnalistlərə açıqlama verməyib.

Vitse-prezidentin Polşada ölkə rəhbərliyi ilə görüşlər keçirəcəyi bildirilib.

ABŞ Prezidentinin administrasiyasından olan adı çəkilməyən mənbə bildirib ki, K. Harris həftə ərzində keçirəcəyi görüşlərində Polşanın Sovet dövründən qalma MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsi kimi mürəkkəb bir məsələni də müzakirə edəcək.

Sözügedən rəsmi qeyd edib ki, qırıcıların Ukraynaya çatdırılması ilə bağlı müxtəlif ideyalar var və bütün bu ideyalar müzakirə edilməyə dəyir.

K. Harrisin amerikalı diplomatlar, eləcə də ukraynalı qaçqınlarla da görüşəcəyi bildirilib.

pia.az