"Brent" neftinin qiyməti 130 dolları ötüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 2,23% artaraq 1 barelə görə 130,83 dollar təşkil edib.

"APA-Economics"in xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,91% artaraq 126,06 dollara çatıb.

pia.az