Britaniya da Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracaq

Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyanın neft və neft məhsullarını idxal etməkdən imtina edəcək.

Bunu Krallığın biznes, energetika və sənaye strategiyası üzrə naziri Kvazi Kvartenq deyib.

Onun sözlərinə görə, imtina bazara, şirkətlərə və təchizatçılara Böyük Britaniya tələbatının 8%-ni təşkil edən Rusiya idxalını əvəz etmək üçün kifayət qədər vaxt verəcək.

Nazir qeyd edib ki, krallıq ABŞ, Niderland və Körfəz ölkələri ilə daha çox neftin tədarükü edilməsi istiqamətində işləyəcək:

“Bazar artıq Rusiya neftini kənarlaşdırmağa başlayıb və onun demək olar ki, 70%-i hələ də alıcı tapa bilmir”.

O, həmçinin bildirib ki, London Rusiya qazının ölkəyə idxalını dayandırmaq üçün imkanları araşdırır. Nazir qeyd edib ki, hazırda krallıqda Rusiya qazının payı 4% təşkil edir.

pia.az