MMP sədri Hafiz Hacıyevdən qadınlara təbrik

Hörmətli xanımlar, analar və bacılar!

Sizi, bütün Azərbaycan qadınlarını 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutub. Qadınlarımız öz mübarizliyi ilə tanınıb, ölkənin ictimai-siyasi, mədəni, elmi həyatında fəal iştirak ediblər. Onlar ölkənin inkişaf edib, çiçəklənməsində öz paylarına düşən işləri ləyaqətlə yerinə yetirirlər. Tək bu gün deyil, bütün gün qadınlarımız bizim üçün əzizdirlər.

Torpaqlarının işğaldan azad edilmiş ölkə olaraq ilk olaraq bu bayram günündə şəhid anaları, bacıları, yoldaşları xatırlanmalıdır. Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanları Gültəkin və Salatın Əsgərovaların, "Azərbaycan Bayrağı" ordenli Məleykə Əhmədova, Qaratel Mahmudova, Rahilə Orucova və digər neçə-neçə mübariz qadınlarımızın xatirəsini hörmət və ehtiramla yad edirəm. Onların doğmalarına, bütün şəhid analarına, şəhid hərbi qulluqçuların vəfalı ömür-gün yoldaşlarına bayram təbrikimi çatdırıram. Onlara səbr, təmkin və dözüm arzulayıram. Onların hər biri bütün bayramlarda, hər anda öndə olduqlarını bilməlidirlər.

Bayramınız mübarək olsun, əziz xanımlar!

pia.az