Slovakiyada NATO-nun 1 200 əsgəri yerləşdiriləcək

PİA.az xəbər verir ki, bu barədə “Pravda” qəzeti məlumat yayıb.

Bununla yanaşı, ölkəyə 1 milyard avro dəyərində hərbi texnikanın göndəriləcək.

Məqsəd Ukrayna hadisələri ilə əlaqədar NATO-nun şərq hissəsi ölkələrinin təhlükəsizliyinin gücləndirilməsidir.

Bundan əlavə, Slovakiyada Almaniya və Niderlandın “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır. NATO hərbçiləri ölkədə kibertəhlükəsizliyin təmin edilməsinə cəlb olunacaqlar.

pia.az