Rusiya Ukraynada daha bir AES-i tutmağa çalışır

Rusiya Cənubi Ukrayna Atom Elektrik Stansiyasını (AES) tutmağa çalışır.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

Onun sözlərinə görə, rus hərbçiləri Nikolayevin şimalına doğru irəliləməyə və AES-i ələ keçirməyə cəhd edir.

Fevralın 24-də Çernobıl AES, martın 4-də isə Zaporojye AES rusların nəzarətinə keçib.

pia.az