Qəbələdə zibil qutusunda meyiti tapılan qadının əri tərəfindən öldürüldüyü ehtimal olunur

Qəbələ rayonunda zibil qutularında bədənin hissələri tapılan meyitin kimliyi məlum olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, meyiti tapılan qadın 1999-cu il təvəllüdlü Aytac Əliyevadır.

Qeyd olunub ki, gənc qadının həyat yoldaşı tərəfindən öldürüldüyü ehtimal olunur.

13:04Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında şəhər ərazisində məişət tullantılarının atıldığı qutudan qadın əli tapılıb.

Daha sonra qutularda sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.

Tapılan meyitin 20-25 yaşlarında olan gənc qadına aid olması ehtimal olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

pia.az