Alla Puqaçova və Maksim Qalkin Rusiyanı tərk etdi?

SSRİ Xalq artisti Alla Puqaçova və onun şoumen həyət yoldaşı Maksim Qalkin övladları ilə bərabər Rusiyanı tərk etdikləri iddia olunur. Bu barədə Rusiya mətbuatı xəbər verir.

Qeyd edilir ki, ailə hazırda Latviyanın Yurmala şəhərində qalır. Həmin şəhərdə primadonnanın evi var. Bundan əlavə, həmin ölkədə Alla Puqaçovanın rəfiqəsi, Latviyanın Xalq artisti Layme Vaykule yaşayır.

Puqaçovanın ailəsi ilə bərabər yaxın günlərdə Mayamiyə gedəcəyi də istisna olunmur. Orada onun böyük qızı, müğənni və aktrisa Kristina Orbakayte yaşayır.

Lakin Puqaçova və Qalkin xəbərləri şərh etməyiblər.

pia.az