"Çin Tayvanı işğal edəcək" - Tramp

2024-cü ildə yenidən prezidentliyə namizəd olmağı düşünən Tramp Bayden administrasiyasının siyasətini tənqid edib.

"Unikal" xəbər verir ki, "Fox Business"ə verdiyi müsahibədə o, Baydeni Əfqanıstandan qoşunları çıxardığına görə günahlandırıb. Onun sözlərinə görə, Çin bu vəziyyətimizə baxıb yaxın zamanda Tayvanı işğal edəcək:

“O, bizim Əfqanıstanı tərk etdiyimizi, 85 milyard dolları geridə qoyduğumuzu gördü. Çin onilliklər ərzində bunu etmək istəyir. Mən əminəm ki, o, ABŞ-ın nə qədər axmaq olduğunu gördükləri üçün Tayvanı işğal edəcək. Çin görür ki, bizim liderlər səriştəli deyillər".

pia.az