Brent neftinin qiyməti 117 dolları ötüb - Yenilənib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 117 dolları keçib.

"APA-Economics" xəbər verir ki, Bakı vaxtı ilə saat 09:22-də "Brent"in qiyməti 3,67% artaraq 117,08 dollara çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 3,32% artaraq 114,27 dollara çatıb.

***

Brent markalı neftin qiyməti 2013-cü il sentyabrın 9-dan bəri ilk dəfə olaraq bir barel üçün 116 dolları ötüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ticarət platformasından bildirilib.

Bakı vaxtı ilə saat 06.48-ə olan məlumata görə, Brent markalı neftin may fyuçersləri 1,81 faiz artaraq bir barel üçün 116,63 dollar çatıb.

Qərbi Texas markalı neftinin aprel fyuçersləri 2,8 faiz artaraq 113,70 dollar olub.

pia.az